İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaçaq eks-prezident Bakiyev Bişkekə gəlmək istəyir, xalq etiraz edir

814 26.11.2023 12:48 Dünya A A

Dünən Bişkekdə, Qorki adına parkda Qırğızıstanda 2010-cu ilin aprel inqilabından sonra yaradılmış ictimai birliklərin üzvləri mitinq keçirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, toplananlar qaçaq eks-prezident Kurmanbek Bakiyevin özünü reablitasiya etmək və Qırğızıstana qayıtmaq üçün müxtəlif cəhdlər etdiyini qeyd ediblər

Onların sözlərinə görə, bir müddət əvvəl “Aykol Taza Koom” QHT-nin rəhbəri Usupbəy Şerimbayevin adından prezident Sadır Japarova müraciət göndərilib.

Məktubda aprel hadisələrinin qurbanları, dul qadınlar və yetimlər adından Kurmanbek Bakiyevdən pul təzminatı istənilib.

“Usupbəy Şərimbayevin buna nə haqqı var? Onun kimi yox, hətta çətin talelərlə üzləşənlər, dullar, yetimlər, tək oğullarını itirən analar belə təzminat istəmədilər. Bakiyev xalqın qanını tökdü, dövləti qarət etdi, ölkədə qiymətlər baha olsa da, biz onun çirkli pullarını almayacağıq”, - deyə mitinq iştirakçılarından biri bildirib.

Aksiya iştirakçıları devrilmiş prezident Kurmanbek Bakiyevin Qırğızıstana gəlişinin qəti əleyhinə olduqlarını vurğulayıblar.

May ayında da Bişkekdə analoji etiraz aksiyası keçirilib. Sonra onun iştirakçıları Kurmanbek Bakiyevin həbs olunmasını tələb ediblər.

Nəşrin qeyd etdiyi kimi, qaçaq eks-prezident Qırğızıstanın Ali Məhkəməsi tərəfindən qiyabi olaraq 24 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR