İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin pulsuz buğdası Afrikaya "gedib çatmır"

766 07.10.2023 15:08 İqtisadiyyat A A


Rusiya Prezidenti Vladimir Putinin iyulda 6 Afrika ölkəsinə vəd etdiyi pulsuz taxıl 1-1,5 aya çatdırıla bilər.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Petruşev deyib.

Nazir bildirib ki, hazırda sənədləşmə işləri aparılır. Bu işlər başa çatdırıldıqdan sonra taxılın Afrika ölkələrinə çatdırılması başlanacaq.

Qeyd edək ki, iyul ayında Afrika dövlətlərinin nümayəndələri ilə görüşdə Putin ehtiyaclı Afrika ölkələrinə hərəsinə 25-30 min ton olmaqla pulsuz buğda verəcəklərini, hətta buğdanın çatdırılmasının da öz hesablarına maliyyələşdiriləcəyini bəyan edib.

Daha sonra sentyabrın əvvəllərində Rusiya prezidenti yaxın həftələrdə buğdanın çatdırılacağını deyib. Petruşevin dedikləri göstərir ki, pulsuz buğdanı Afrikada hələ çox gözləməli olacaqlar. Pullu buğda isə vaxtlı-vaxtında çatır. Məsələn, Rusiyanın pulsuz buğda vermək niyyətində olduğu Eritreya artıq Rusiyadan 100 min tondan çox buğdanı satın alıb. Həmin buğda ölkəyə ən qısa müddətə çatdırılıb...

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR