İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin “Taliban”ı qadağan olunmuş təşkilatlar siyahısından çıxarır

373 27.05.2024 16:02 Dünya A A

 

Rusiya Xarici işlər nazirliyi və Ədliyyə nazirliyi prezident Vladimir Putinə “Taliban” hərəkatını ölkədə qadağan olunmuş təşkilatlar siyahısından çıxarmağı təklif edib.

Musavat.com TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının Əfqanıstan üzrə nümayəndəsi Zamir Kabulov məlumat yayıb.

Qeyd edək ki, 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti yenidən ələ keçirən “Taliban” hərəkatı Rusiya hakimiyyəti ilə sıx əlaqələrə malikdir. “Taliban” hərəkatının nümayəndələri bu ilin iyunun 5-dən 8-dək keçiriləcək Sankt-Peterburq Beynəlxalq Forumuna dəvət olunublar.

Lakin maraqlı budur ki, hərəkat Rusiyada qadağan edilib və terror təşkilatı kimi tanınır. Bununla bağlı yazan jurnalistlər və media qurumları “Taliban”ı etiketsiz qeyd etdiklərinə görə məsuliyyətə cəlb olunublar. Belə ki, mayın əvvəlində İstintaq Komitəsi jurnalist Nadejda Kevorkovanı guya “Taliban” hərəkatının fəaliyyətinə bəraət qazandırdığı üçün “terroru dəstəkləməkdə” ittiham edib. Həmçinin Omskda xəstəxanada vətəndaşlardan biri “Taliban” haqqında danışdığına görə 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR