İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Özbəkistana GEDƏCƏK

677 21.05.2024 14:01 Siyasət A A

Rusiya prezidenti Vladimir Putin ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Putinin Özbəkistana qarşıdan gələn dövlət səfərinə hazırlığın gedişatı müzakirə edilib. Bu kontekstdə ikitərəfli əməkdaşlığın, o cümlədən ticarət-iqtisadi sahədə gələcək inkişafının bir sıra praktiki məsələlərinə toxunulub.

"Putin həmçinin Pekində Çin rəhbərliyi ilə aparılan danışıqlarla bağlı təəssüratlarını bölüşüb.

Hər iki tərəf Rusiya və Özbəkistan arasında müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərini daha da ardıcıl şəkildə gücləndirmək istəyini təsdiqləyib", - deyə Kremlin məlumatında qeyd olunub.//APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR