İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentdən Qərbi Azərbaycan mesajı: biz Azərbaycan SSR-in yox, 114 min kv km-lik Cümhuriyyətin varisiyik!

1528 27.12.2022 08:25 Siyasət A A

Dekabrın 24-də, özünün doğum günündə Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasının açılışında iştirak etdi. Həmin gündən etibarən Qarabağın Azərbaycanlı İcmasının binası Qərbi Azərbaycan İcmasının binası kimi fəaliyyətini davam etdirəcək.

Bu hadisə sözsüz ki, siyasi, tarixi və rəmzi məna daşıyır. Eyni zamanda Azərbaycanın bölgədə yaratdığlı yeni reallıqları bir daha gözlər önünə sərir. Beləcə, Prezident Qərbi Azərbaycan məsələsini tarixin növbəti dövrü üçün ölkəmizin gündəminə çıxarmış oldu. Dövlətimizin başçısı sözügedən tədbirdə olduqca mühüm, tarixi əhəmiyyətli mesajlar verdi, bəyanatlar səsləndirdi.

“Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir”. Bunu İlham Əliyev həmin gün Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə söyləyib. Dövlət başçısı daha sonra deyib: “Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”. İlham Əliyev qeyd edib ki, indi əsas vəzifə bunu dünya ictimaiyyətinə də çatdırmaqdır: “Artıq bu istiqamətdə işlər başlayıb. Əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaq”. Prezident həmçinin deyib: “Erməni xalqı bizim torpaqlarımıza, Qarabağa, Zəngəzura nə vaxt köçürülüb? Kim tərəfindən, necə və hansı məqsədlə köçürülüb? Hamısını yaxşı bilirik”. Onların bizim ərazimizdə, Cənubi Qafqazda heç vaxt dövlətlərinin olmadığını qeyd edən Azərbaycan Prezidenti bildirib: “Əgər nə vaxtsa olubsa, - hələ bəlli deyil kimin dövlətini onlar öz adlarına çıxmaq istəyirlər, - bu, başqa yerdə olub. Ona görə biz bunları mütləq məqsədyönlü şəkildə, təşkilatlanmış qaydada, düzgün formada təqdim etməliyik. Əminəm ki, buna nail olacağıq... Bütün başqa millətləri oradan qovub, başqasının torpağında özləri üçün dövlət qurublar. Bu ərazidə heç vaxt Ermənistan olmayıb. İndiki Ermənistan bizim torpağımızdır. Mən bunu dəfələrlə deyəndə mənə irad tuturlar, çalışırlar irad tutmağa ki, mənim ərazi iddiam var. Mən bunu tarixi həqiqət kimi deyirəm. Əgər kimsə başqa versiyanı təsdiq edə bilsə, gəlsin təsdiq etsin”. Dövlət başçısının sözlərinə görə, buna paralel, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. “Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq məncə, bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır”, - deyə Prezident vurğulayıb.

İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında ziyalılarla görüşdü —  Fotolar

Bu sözlər şəkk-şübhəsiz, ən əvvəl Azərbaycanla iki ildir sülh oyunbazlığı ilə məşğul olan Ermənistan rəhbərliyinə özünü yığışdırmaq üçün aydın mesajdır. Necə deyərlər: “Çox istəyən azdan da olar”. Bu Azərbaycan atalar məsəli sanki ermənilər üçün deyilib. Hansı ki, başlarına “Dəmir yumruq” dəysə də, hələ də ağıllanmaq istəmirlər, Azərbaycanın tarixi ərazilərində yaradılmış 29 min kv.km-lik Ermənistanla qane olmaq əvəzinə, torpaqlarmıza göz dikməyə davam edirlər. Demək, indi yerləşdikdləri “Ermənistan” adlı qədim Türk torpaqlarından da məhrum ola bilərlər.

Bu yerdə olduqca zəruri əlavəni etməkdə fayda var. Erməni tərəf gərək unutmasın ki, konstitusiyamıza görə, hazırkı Azərbaycan Respublikası 86.6 min kv kmp-lik Azərbaycan SSR-in yox, 114 kv km-lik Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi-siyasi varisidir. Yəni ərazi bütövlüyü prinsipini iqnor eləməklə Ermənistan ən böyük pisliyi özünə edəcək. Erməni tərəf narahat olmaqla yanaşı, dövlət başçımızın Qərbi Azərbaycanla bağlı söylədiklərini də kontekstdən çıxartmağa, manipulyasiyalar etməyə cəhd göstərir. Məxsusi olaraq qeyd edək ki, Prezident azərbaycanlıların Qərbi Azərbaycana yalnız sülh şəraitində yaşamaq üçün qayıdacağını bəyan edib. İnsanların öz ev-eşiklərinə geri dönməsi onların təbii haqqıdır və fundamental insan hüquqlarının ayrılmaz hissəsidir. Azərbaycan lideri də soydaşlarımızın oraya qayıdışını məhz bu kontekstdə vurğulayıb ki, bu da əsla beynəlxalq hüquqa sayğısızlıq, Ermənistana ərazi iddiası anlamına gəlmir. Əks halda, Bakı İrəvana məlum 5 prinsip əsasında sülh müqaviləsi təklif eləməzdı. Prezidentin Qərbi Azərbaycan, Cümhuriyyət əraziləri ilə bağlı dedikləri barədə millət vəkillərinin fikirlərini öyrəndik.

Hikmət Babaoğlu: Azərbaycanla Qazaxıstanın münasibətləri tarixində tamamilə  yeni mərhələ başlayıb - AZƏRTAC

Hikmət Babaoğlu: “Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdış konsepsiyasını sülh və birgəyaşayış konsepsiyası kimi irəli sürdü”

Görüşün iştirakçılarından biri, deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasının bir qrup nümayəndəsi ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər qarşımızda duran milli vəzifələrimiz və məqsədlərimiz baxımından strateji əhəmiyyətli idi: “Prezident öz çıxışında üç mühüm məsələyə diqqət çəkdi: tarixi yaddaş, beynəlxalq hüquq, mövcud reallıq və tarixi həqiqət. Tarixi yaddaş üzərində ayrıca dayanaraq onu bizi Zəfərə aparan, Böyük Qayıdışa aparan əsas amil kimi səciyyələndirdi. Elə Qərbi Azərbaycana qayıdışımız da ilk növbədə tarixi ədalətin bərpası, tarixi həqiqətlərin dünyaya çatdırılması ilə mümkün ola biləcək. Ancaq tarix təkcə ədalətin bərpası üçün deyil, həm də ondan dərs çıxarmaq üçün yaxşı vasitədir. Ona görə də ən azı son 200 illik tariximizdən yaxşıca dərs almağı bacarmalıyıq. Buraya Ermənistanın necə və nə üçün yaradıldığından başlamış, Azərbaycan Xalq Cümhuriyyətinin 114 min kv.km ərazisinə qədər, eyni zamanda AXC nə üçün 9 min kv.km ttp://kv.km/ ərazimizi, İrəvan paytaxt olmaqla, Ermənistan dövlətinin yaradılması üçün verməsi faktı da daxil olmaqla, ermənilərin xalqımıza qarşı törətdiyi bütün cinayətlərin öyrənilməsi və dünyaya tanıdılması daxildir. Hazırda artıq Qarabağ problemi yoxdur, ərazi bütövlüyümüz bərpa edilib, Böyük Qayıdış başlayıb və bu yeni reallıqlar xaqlqımıza qarşı edilmiş tarixi haqsızlıqların aradan qaldırılması üçün yeni şərtlər yaradıb. Bu haqsızlıqlardan biri də Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın 20-ci əsr boyunca dəfələrlə deportasiyaya, soyqırımına məruz qalaraq öz tarixi torpaqlarından cinayətkarcasına çıxarılmasıdır. Ona görə də Prezident İlham Əliyev tarixi torpaqlarımıza qayıdışla bağlı konsepsiyanın hazırlanmasını xüsusi vəzifə kimi qoydu”. H.Babaoğlu qeyd etdi ki, Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdış konsepsiyasını sülh və birgəyaşayış konsepsiyası kimi irəli sürdü: “Yəni ikinci Böyük Qayıdışın fəlsəfəsi və vasitələri sülhə, beynəlxalq hüquqa, tarixi ədalətin bərpasına hesablanır. Hazırda Qərbi Azərbaycandan qaçqın düşən soydaşlarımızın yaşadıqları kənd və qəsəbələrin əksəriyyətində demək olar ki, heç kim yaşamır. Çünki Ermənistanda həmin kəndlərdə yaşayacaq qədər əhali yoxdur. Üstəlik, son 30 ildə bu ölkədə depopulyasiya yaşanır. Bu, demoqrafik deqredasiyadır. Belə olan halda qərbi azərbaycanlıların öz evlərinə, yurd-yuvalarına qayıtması vacib şərt və zəruri məqsəd kimi ortaya çıxır. Necə ki, hazırda Qarabağda ermənilər yaşayır və onların təhlükəsizliyinə Azərbaycan konstitusion səviyyədə təminat verir, eləcə də qərbi azərbaycanlılar Ermənistanda yaşamalı və onların təhlükəsizliyinə konstitusion zəmanət verilməlidir! Bu isə Cənubi Qafqazda sülh və birgəyaşayışın ədalətli modeli ola bilər”.

Musa Qasımlı: “Ali məktəblərə qəbul qaydaları dəyişməlidir”

Musa Qasımlı: “Dövlət rəhbəri çıxışında qarşıdakı dövrdə görüləcək işləri, strateji yol xəritəsini müəyyənləşdirdi”

Deputat, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı da bu mövzuda maraqlı fikirlər söylədi: “Strateji hədəfləri müəyyənləşdirən tarixi çıxış cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə keçirdiyi görüş və çıxışı bütün mənalarda - tarixi, siyasi, hüquqi, mənəvi-psixoloji və digər baxımlardan böyük əhəmiyyət daşıyır. İlk növbədə, görüş faktının və keçirildiyi yerin dərin rəmzi mənası vardı. İndiyədək həmin binada Qarabağdan olan məcburi köçkünlərin təşkilatları yerləşirdi. Torpaqlarımız işğaldan azad edildikdən sonra onlar artıq məcburi köçkün deyillər və onlar planlı şəkildə yenidən tikilmiş yaşayış yerlərinə qayıdırlar. Deməli, bu binada fəaliyyət göstərən Qərbi Azərbaycan İcması da bir zamanlar öz tarixi torpaqlarımıza qayıdacaq. İkincisi, bütün dünya dövlət başçımızın dilindən Ermənistan adlandırılan və əslində Qərbi Azərbaycanda etnomədəni ərazilərimiz barədə tarixi gerçəkləri eşitdi. Bu çıxış rəsmi dövlət və hökumət dairələrinə, ictimai rəyə təsir baxımından əhəmiyyətlidir”. M.Qasımlı bildirdi ki, tədbirdə indiki Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları olması, İrəvanın paytaxt olaraq güzəştə gedilməsi və Zəngəzurun verilməsinə dair tarixi həqiqətlər söylənildi: “1918-1920, 1920-1991-ci illərdə Ermənistanda azərbaycanlılara qarşı müxtəlif vəhşiliklər olunub, sıxışdırılıb, deportasiya edilib, yaşı minillikləri ötən tarix və mədəniyyət abidələrimiz dağıdılıb, toponimlərimiz erməni adı ilə əvəzlənib. Yürüdülən siyasət nəticəsində Ermənistan türksüzləşdirilib, azərbaycansızlaşdırılıb, erməniləşdirilib. Nəhayət, dövlət rəhbəri çıxışında qarşıdakı dövrdə görüləcək işləri, strateji yol xəritəsini müəyyənləşdirdi. Bunların cərgəsində kitabların yazılması, beynəlxalq konfransların keçirilməsi və sair var”. Professor qeyd etdi ki, hədəf konkret olaraq müəyyənləşdirilib, indi müvafiq qurumlar, elm idarələr, alimlər bu xətti yerinə yetirmək üçün çalışmalıdırlar.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR