İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident xalqı referenduma səslədi: Biz Avropa gələcəyi, yoxsa Rusiya əsarətini istəyirik?

827 29.05.2024 01:16 Dünya A A

Gürcüstan prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanuna qoyduğu veto aradan qaldırıldıqdan sonra qanuna qarşı çıxan etirazçıları Avropanın gələcəyi mövzusunda referenduma hazırlaşmağa çağırıb.

Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, Prezident etirazçılara müraciətində bu işin böyük əmək tələb edəcəyini bildirib: “Biz əsl referendum hazırlamalıyıq, bu gün sizdə olan bu enerjini imza toplamaq və onları mənə gətirmək üçün sərf etmək lazımdır, mən referendumla bağlı əmri imzalayacağam: biz Avropa gələcəyi, yoxsa Rusiya əsarətini istəyirik”.

Gürcüstanın “Referendum haqqında” qanununa əsasən, referendum respublikanın bütün ərazisində keçirilir, hökumət, parlament və ya azı 200 min vətəndaş tələb edərsə, prezident onun keçirilməsini elan etmək səlahiyyətinə malikdir. Lakin Prezidentin referendumun keçirilməsi ilə bağlı sərəncamının qüvvəyə minməsi üçün Baş nazirin də imzası tələb olunur.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR