İnsanlara hürriyət, millətlərə istiqlal!

Pomidor suyu BU XƏSTƏLİYİN qarşısını alır

1907 31.01.2024 20:00 Yaşam A A

Kornell Universitetinin (ABŞ) tədqiqatçıları müəyyən ediblər ki, pomidor suyu həzm və sidik yollarının sağlamlığına zərər verən Salmonella typhi və digər bakteriyaları effektiv şəkildə aradan qaldırır. Bu xəstəlik hər il dünyada 200 min nəfərin ölümə səbəb olur.

Musavat.com xəbər verir ki, bu barədə "Techexplorist" saytı yazıb.

Kornell Universitetinin Mikrobiologiya və İmmunologiya Departamentinin professoru Jeongmin Song deyib:

"Araşdırmamız göstərdi ki, pomidor və pomidor suyu Salmonella kimi bağırsaq bakteriyalarını öldürür".

Tədqiqatın təfərrüatları Amerika Mikrobiologiya Cəmiyyəti tərəfindən nəşr olunan "Microbiology Spectrum" qəzetində dərc olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR