İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşada prezidentin korteji hücuma məruz qaldı: Növbəti sui-qəsd cəhdi?

835 28.05.2024 20:50 Dünya A A

Polşada sərxoş kişi ölkə Prezidenti Andjey Dudanın korteji istiqamətində petarda (fişəng) atıb.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə RMF24 radiostansiyası prezidentin təhlükəsizlik xidmətinin nümayəndəsi, polkovnik Boquslav Petrovskiyə istinadən məlumat verib.

Hadisə ötən gün yerli vaxtla saat 21 radələrində, dövlət başçısının korteji ölkənin qərbindəki Kşevata kəndindən keçərkən baş verib. Petrovski qeyd edib ki, fişəngin partlaması nəticəsində xəsarət alan olmayıb.

RMF24-ün məlumatına görə, fişəngi atan 39 yaşlı kişi hazırda nəzarət altındadır və daha sonra polis tərəfindən dindiriləcək.

Kişi özü hərəkətini "quşları qorxutmaq istədiyi" ilə izah edib.

Xatırladaq ki, daha əvvəl Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub və ona dəfələrlə odlu silahdan atəş açılıb. Ağır yaralanan nazir bir neçə dəfə əməliyyat olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR