İnsanlara hürriyət, millətlərə istiqlal!

Polkovnikdən ŞOK AÇIQLAMA: “Biz onlara vaxt verməliyik... başqa yolumuz yoxdur”

1735 09.03.2023 16:27 Son xəbər A A

Xankəndidəki separatçıların rəhbəri Araik Arutyunyanın “Qarabağ Azərbaycanın tərkib hissəsidir!” etirafı Ermənistanda birmənalı qarşılanmayıb. Erməni deputatları və politoloqları Araikin bu çıxışını kəskin tənqid ediblər.

Deputat Tiqran Abramyan Qarabağ ermənilərinin “siyasi qüvvələri”nə çağırış edib: “Araikin bu bəyanatı ilə bağlı aydın mövqe bildirilməlidir. Onlar da (Xankəndidəki separatçılar – red.) bu mövqeyi bölüşürlər, ya yox?”

Araik son çıxışı ilə əslində nə demək istəyir?

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Musavat.com-a bildirib ki, bu açıqlamalar sadəcə gündəmdə qalmaq, baş qatmaq üçün verilir.

1d745665f83a9fb95a1e5662937381ca.jpg (191 KB)

Ekspertin sözlərinə görə, bundan əvvəl Nikol Paşinyanın da Qarabağın Azərbaycana aid olması ilə bağlı fikirləri olmuşdu:

“Ancaq hər hansı bir nəticə olmadı. Ona görə də Araikin bu açıqlaması bir müddət vaxt qazanmaq məqsədi güdür. İki gündən bir gah sülh müqaviləsindən danışırlar, gah tərk-silah məsələsinə eyham vururlar. Bu, erməni hiyləgərliyinin növbəti elementidir. Deputat Tiqran Abramyanın çağırışı da heç nəyi dəyişmir. Sonuncu məlum hadisələrdən sonra XİN-in, Müdafiə Nazirliyinin bəyanatının, o cümlədən bu gün verilmiş bəyanatın davamı olaraq biz erməni separatçılarına vaxt verməliyik ki, qısa zamanda Azərbaycan ərazilərindən çıxsınlar. Əgər onların baş naziri iki gündən bir fikrini dəyişirsə, mən düşünmürəm ki, Araikin səsləndirdiyi fikirlər ciddidir. Ona görə də biz bu açıqlamalara əhəmiyyət vermədən öz işimizi görməliyik.

Araikin hakimiyyətdə olmasından, yaxud onu başqasının əvəz etməsindən asılı olmayaraq, biz öz işlərimizi görməliyik. Məsələləri sona çatdırmalıyıq, bizim başqa yolumuz yoxdur. Videogörüntülərdə gördüyümüz kolonların, silah-sursatın sayı hər ötən gün artır. Separatçıların həm sayı artır, həm də onlar güclənirlər. Onlar tərəfindən sülhə xidmət edəcək heç bir addım yoxdur. Biz öz qətiyyətli addımlarımızı davam etdirməliyik”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR