İnsanlara hürriyət, millətlərə istiqlal!

Polkovnik ŞOK anons verdi: “Silahlı Qüvvələr Günü ərəfəsində...”

2254 02.06.2023 19:28 Qarabağ xəbərləri A A

“Qarabağda çox maraqlı proseslər gözlənilir. Araikin bu dəqiqə Qarabağdan çıxıb öz ağaları ilə müəyyən məsləhətləşmələr aparması mümkünsüzdür. O, ancaq rabitə vasitəsilə onlardan təlimatlar alır. Onlar da ona yağlı vədlər verirlər ki, guya onu oradan xilas edə biləcəklər”.

Bu fikirləri Musavat.com-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

uzeyir.jpg (309 KB)

Ekspert bildirib ki, böyük ehtimalla Araik Arutyunyan həbs olunacaq və Bakıya gətiriləcək:

“Araik etdiyi cinayətlərə görə cavabdehlik daşımalıdır, bunun alternativ variantı yoxdur. Onun qiyamla öldürülməsinə gəlincə, özü kimi cinayətkarlar Araiki qoruyur. Onlar var gücləri ilə çalışırlar ki, Arutyunyanı bu və ya digər formada qorusunlar.

Araiklə bağlı məsələ mənim üçün finala doğru gedir. Ola bilsin, bu, yaxın müddətdə, Silahlı Qüvvələr Günü ərəfəsində olsun. Araikin son vaxtlar qayğılı görünməsi, narahatlığı başa düşüləndir. Çünki ağaları ona verilən sözü tutmur. Həm İrəvanda, həm də Moskvada, hətta Fransada ona böyük vədlər verilmişdi. Amma onları reallaşdırmaq mümkün olmadı və olmayacaq. Ona görə də Araikin bu gün ən çox düşündüyü məsələ canını sağ-salamat qurtarmaqdır”.

ara.PNG (675 KB)

Ehtiyatda olan polkovnik vurğulayıb ki, Rusiya sülhməramlılarının Araiki Qarabağdan çıxarmaları mümkünsüzdür:

“Dövlət Sərhəd Xidməti orada işi elə təşkil edib ki, hər şey izlənilir, lazım olan addımlar atılacaq. Aprelin 23-də Laçın postu qurulandan sonra Rusiya sülhməramlılarının avtomobilləri də yoxlanılır. Ruslar və ermənilər maksimum çalışırlar ki, Azərbaycan tərəfi onların yüklərini yoxlamasın. Azərbaycan tərəfi bu günə qədər buna razılıq verməyib və düşünmürəm ki, razılıq versin. Hesab edirəm ki, Azərbaycan əvvəlki mövqeyində qalacaq. Əgər biz onlara zərrə qədər güzəşt etsək, onlar o güzəştin ardını gətirəcəklər.

Rusiya sülhməramlılarının komandanı Aleksandr Lentsov mayın 4-də Bakıya gəlmişdi, 2 gün burada qaldı. Ona yox cavabı verildi. Moskvada xarici işlər nazirlərinin görüşündə də onlara yox cavabı verildi. Prezident İlham Əliyevlə Paşinyan və Putinin görüşü 20 dəqiqə çəkdi. Bu məsələ ətrafında da müəyyən müzakirələr oldu, Azərbaycan tərəfi öz mövqeyində durdu”.

moskvaa.jpg (1.34 MB)

Ekspertin sözlərinə görə, Araik bu aralar Moskvaya getməyib:

“Getsəydi, erməni mediası bunu geniş şəkildə təqdim edərdi. Sosial şəbəkələrdə dezinformasiyalar indiyə qədər olub, indi də var, bundan sonra da olacaq.

Hesab edirəm ki, separatçıların vəziyyəti ürəkaçan deyil. Ruben Vardanyanın Kəlbəcərdən Paşinyana ünvanladığı sözlər onu deməyə əsas verir ki, onlar maksimum çalışırlar ki, dəstək alsınlar. Ancaq sülhməramlılar yalnız ərzaq formasında separatçılara kömək edirlər. Ruben Vardanyanın da gediş-gəlişi mümkünsüzdür”.

“Bəs Vardanyanın aqibəti necə olacaq?” sualına Üzeyir Cəfərov belə cavab verib:

“Təəssüflər olsun ki, Baş Prokurorluq bu günə qədər Vardanyanın Azərbaycan dövlət sərhədini qeyri-qanuni keçməsi ilə bağlı fikir səsləndirməyib. Əslində o, Azərbaycan sərhədini pozaraq Rusiyadan Qarabağa gəlib, rusların oradakı nümayəndəsidir. Baxmayaraq ki, Sergey Lavrov deyir ki, Vardanyan bizim vətəndaş deyil, o, Rusiyanın tapşırıqlarını canla-başla yerinə yetirir. Yəqin ki, o da saxlanılacaq. Ola bilsin, ona amnistiya tətbiq olunsun ki, bu adam Azərbaycan sərhədini keçib, səmimi peşmançılıq keçirir və s. Bildiyim qədərilə, Araik Arutyunyan, Samvel Babayan, David Babayan, Vitali Balasanyanla bağlı işlər vaxtında qaldırılıb. Onların əməllərinə hüquqi qiymət veriləndən sonra nə isə danışmaq olar”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR