İnsanlara hürriyət, millətlərə istiqlal!

Politoloq: "ATƏT institut kimi iflas edib"

360 11.01.2023 19:13 Siyasət A A

"ATƏT sədrinin Azərbaycana səfərində Minsk qrupunun dirçəldilməsi ilə bağlı müzakirə olacağını düşünmürəm. İlk növbədə ona görə ki, Minsk qrupu keçmiş formatdır və bu, Azərbaycan üçün prinsipial məsələdir".

Musavat.com xəbər verir ki, bunu Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin sədr müavini Fuad Çıraqov deyib.

O qeyd edib ki, ATƏT institut kimi iflas edib: "Rusiya-Ukrayna müharibəsi nəticəsində qurumun baza prinsipləri dağıldı. Gələcəkdə, müharibədən sonra bu təşkilat format olunacaq. Digər tərəfdən, keçmiş Minsk qrupunun həmsədrlərinin Rusiya ilə bir araya gəlməsi və yaxud hər hansı beynəlxalq məsələnin birgə müzakirəsi real görünmür".

Fuad Çıraqov hesab edir ki, ATƏT sədri səfər zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və regional təhlükəsizlik məsələlərini müzakirə edə bilər: "ATƏT çərçivəsi daxilində hər hansı dialoqlar qurula bilər".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR