İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov: “Qarabağa beynəlxalq qüvvələri cəlb etmək üçün Azərbaycanın razılığı lazımdır”

571 29.12.2022 17:27 Siyasət A A

“Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarına BMT mandatı vermək, eləcə də həmin ərazilərə beynəlxalq qüvvələri cəlb etmək üçün Azərbaycanın razılığı lazımdır”.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağa beynəlxalq sülhməramlıların göndərilməsinə dair ideyasına münasibət bildirərkən deyib.

“Ermənistan bizim ən yaxın müttəfiqlərimizdən biridir, Azərbaycan bizim dəyərli və qiymətli tərəfdaşımızdır. Rusiya Federasiyası isə ilk növbədə üçtərəfli əsasda əldə olunmuş razılaşmaları yerinə yetirərək vasitəçilik səylərini davam etdirir və davam etdirəcək”.

Mənbə: İnterfax.ru

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR