İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov Paşinyana CAVAB verdi

3634 26.02.2024 17:19 Siyasət A A

“Kreml Ermənistanın KTMT-də iştirakı ilə bağlı mövqeyini tam aydınlaşdırmaq niyyətindədir”.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin sualını cavablandırarkən deyib.

O bildirib ki, təşkilatın nizamnaməsində “dondurulmuş üzvlük” statusu nəzərdə tutulmayıb.

Peskov Nikol Paşinyanın KTMT-yə üzvlüyün dondurulması ilə bağlı bəyanatından sonra Ermənistanın təşkilatın fəaliyyətində gələcək iştirakı ilə bağlı hələ ki, aydınlığın olmadığını qeyd edib. 

“Erməni tərəfdaşlarımızla kifayət qədər tez-tez təmaslarımız olur və təbii ki, biz bunu aydınlaşdıracağıq. Müvafiq sənədlərə əsasən, KTMT proqramında de-yure rejim (dondurulmuş üzvlük) yoxdur. Müzakirə edəcəyik, aydınlaşdıracağıq”, - deyə Kreml rəsmisi əlavə edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR