İnsanlara hürriyət, millətlərə istiqlal!

Pəncərədən yıxılan məktəblinin son durumu açıqlandı

697 14.05.2026 14:58 Son xəbər A A

Pəncərədən yıxılaraq xəsarət alan şagirdin son durumu açıqlanıb.

Bu barədə "Yeni Sabah"ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, bu gün saat 10:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, 175 nömrəli məktəbdən çağırış qeydə alınıb:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabildir". pizza

Qeyd edək ki, 175 nömrəli tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi mayın 14-də pəncərədən yıxılıb. Məlumata görə, məsələ ilə bağlı şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Hadisə nəzarətə götürülüb və araşdırmalara başlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR