İnsanlara hürriyət, millətlərə istiqlal!

Pənah Hüseyn "Xoşbəxtliyin düsturu"nu təqdim etdi: mərhum həyat yoldaşına yazdığı şeirlər, özəl məktublar... FOTO, VİDEO

2317 10.03.2024 15:09 Ölkə A A

Azərbaycanın sabiq baş naziri, AXP sədri Pənah Hüseyn vəfat etmiş xanımı Amamə Hüseynə həsr olunan kitab nəşr etdirib.

Musavat.com xəbər verir ki, 303 səhifəlik, nəfis tərtibatlı kitab mərhumə Amamə xanımın vəfatının ildönümündə Sabirabadda, Pənah Hüseynin kəndi Qaraqaşlıda təqdim olunub.

XOSBE.jpeg (170 KB)

Yas çadırında təqdim olunan kitab haqqında Pənah Hüseyn məlumat verib.

O bildirib ki, bu əsər əslində həyat yoldaşı Amamə Hüseynin yazdığı kitab sayılmalıdır. Çünki əsər onun illərlə topladığı arxivdən götürülən materiallar, məktublar və fotolar əsasında hazırlanıb.

XOSBE SON.jpeg (257 KB)

Kitabda Pənah Hüseynin ən müxtəlif illərdə həyat yoldaşına yazdığı özəl məktublar, şeirlər, müraciət və digər yazışmalar yer alıb. Onların demək olar ki, hamısı ilk dəfədir işıq üzü görür. Bu məktub və şeirlərin bir hissəsi də Pənah Hüseynin həbsxanada yatdığı illəri əhatə edir. Bu baxımdan sentimental və olduqca təsirli məzmuna malikdir.

Yağışlı bir gün olmasına baxmayaraq, Amamə Hüseynin il mərasiminə və "Xoşbəxtliyin düsturu" adlı unikal kitabın təqdimatına Sabirabaddan və Bakıdan çoxsaylı qonaqlar qatılmışdılar.

XOSBE YENİ.jpeg (288 KB)

Musavat.com-un müxbiri xəbər verir ki, onların arasında milli azadlıq hərəkatının fəalları və liderləri, partiya sədrləri, politoloq və jurnalistlər də olub.

PENAH YAS.jpeg (204 KB)

Musavat.com bu tədbirdən eksklüziv fotoları və videonu təqdim edir.

Allah rəhmət eləsin! 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR