İnsanlara hürriyət, millətlərə istiqlal!

Pənah Hüseyn Surət Hüseynov barədə yazdı: "Düşmənimdir..."

1804 01.08.2023 14:07 Gündəm A A

Musavat.com xəbər verir ki, sabiq Baş nazir Pənah Hüseyn qiyamçı polkovnik Surət Hüseynovun ölümündən yazıb. Özünün Facebook səhifəsində paylaşdığı statusda bu cümlələr də var:

"Surət Hüseynov vəfat edib və heç dəfn də olunmayıb. Bizim ürf- adətimizdə dəfn olunmayan adam haqqında yaxşı bir şey demirsənsə pis danışmaq uyğun sayılmır.

Mənim Surət Hüseynovla münasibətim istər şəxsi, istərsə də siyasi mənada düşmən münasibəti olub; münasibətim düşmənə münasibət olub və elə də qalır. Bu günsə deməklə kifayətlənirəm ki, ibrət çıxara bilənlər ibrət çıxarsın".

Qeyd edək ki, Surət Hüseynov Pənah Hüseynin də təmsil olunduğu Elçibəy iqtidarını devirən güclərə rəhbərlik edib. Onun qiyama başlayarkən əsas tələblərindən biri Baş nazir Pənah Hüseynin istefası olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR