İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın rus deputatı KTMT ilə münasibətlər haqqında: Heç bir şərhim yoxdur

517 28.11.2023 02:06 Dünya A A

Ermənistandakı rus icmasının kvotası ilə parlamentə daxil olan, hakim “Vətəndaş sazişi” fraksiyasının üzvü, deputat Aleksey Sandıkov KTMT ilə, habelə Rusiyadan gələn bəyanatlarla bağlı yerli media mənsubları tərəfindən sorğu suala tutulub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı o, jurnalistlərin hər hansı sualına cavabalamqdan imtina edib.

“Mənim heç bir şərhim yoxdur. Xarici işlər nazirliyimiz bu məsələ ilə bağlı mövqeyimizi şərh edib. Şərhim yoxdur, dostum”, - deyə deputat jurnalistlərin israrlı suallarına münasibət bildirib.

Sandıkov Peskovun Ermənistanla bağlı bəyanatlarına reaksiya göstərməyib. Onun fikrincə bu məsələləri deputatlar deyil, onun Ermənistandakı həmkarları şərh etməlidir.

Rus əsilli deputat Ermənistanın KTMT ilə münasibətləri dondurmaq yolunu seçməsi ilə bağlı iddialara belə cavabı verib: “Bilmirəm, bu münasibətləri donduran və ya istiləşdirən mən deyiləm”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR