İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın partiyası: Ermənistanda indiki etirazları 2018-ci ildəki etirazlarla müqayisə etmək olmaz

421 27.05.2024 16:52 Dünya A A

 

“2018-ci ildə etirazlar ümummilli idi, ona görə də o zaman baş verənləri indiki və ya digər hərəkatlarla müqayisə etmək mümkün deyil”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının deputatı Qaqik Melkonyan tərəfindən səslənib.

Onun sözlərinə görə, o zaman xalq “azadlıq mübarizəsi” aparır, hakimiyyətdən qurtulmağa çalışırdı:

“ O zaman heç kim hökumətin dəyişəcəyini düşünmürdü. Bundan əvvəl 2008, 2003, 2015-ci illərdə etiraz aksiyaları keçirilmişdi, lakin 2018-ci ildə bu, ümummilli hərəkata çevrildi. Bu isə ən azı 200 min nəfərin iştirakı deməkdir. Regionların rəqəmlərini də nəzərə alsaq, o zaman iştirak edənlərin sayı 500 minə çatmışdı”,-deyə Melkonyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR