İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın devrilməsi Azərbaycanın maraqlarına uyğundurmu?-VİDEO  

1415 14.05.2022 18:16 Reportaj A A

 

Azərbaycan və Ermənistan arasında sülh danışıqları irəlilədikcə, yenə də Ermənistan ictimaiyyəti ortaq razılaşmaların müəyyən bəndlərinin yerinə yetirilməsinə etiraz olaraq İrəvan küçələrinə çıxıb, baş nazir Nikol Paşinyana etirazlarını səsləndirirlər. Heç kimə sirr deyil ki, bu aksiyalar Serj  Sərkisyanın, Robert Köçəryanın başında durduğu Qarabağ klanı tərəfindən idarə olunur. Qarabağ klanı sülh danışıqlarında Azərbaycanın tələblərinin yerinə yetirilməsində hökumətin qarşısını kəsən əsas daxili qüvvədir və onların zaman-zaman Rusiyadan  və Qərbdən təlimat aldığı da bəllidir.

Son aksiyaların əhatə dairəsi daha böyük olduğundan hətta Paşinyanın devrilməsi ehtimalları da gündəmdədir. Doğrudur, Azərbaycanın hərbi qüdrəti Ermənistan hakimiyyətində kimin olmasından asılı olmayaraq onlara qalib gəlməyə qadirdir. Bəs Paşinyanın indiki halda devrilməsi Azərbaycana siyasi baxımdan sərf edirmi? Onun yerinə gətiriləcək hökumət rəhbəri ilə danışıqlar qaldığı mərhələdən davam edə bilərmi, yoxsa münasibətlər daha da gərginləşər və başa qayıtmış olarıq?

Bu sualla bağlı ictimai rəyə aydınlıq gətirmək üçün, Musavat.com olaraq paytaxt sakinləri arasında sorğu keçirdik.

 

 

Alim Liftiyev
Rafet Şahbazov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR