İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatından sülh müqaviləsi AÇIQLAMASI

1295 08.12.2023 14:48 Region A A

“Biz konstruktiv olduğumuz üçün yaxın vaxtlarda sülh müqaviləsinin imzalanacağını ehtimal edirik”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Sarkis Xandanyan deyib.

“Amma sənəd Ermənistanı və Azərbaycanı qane edəcək formada olmalıdır. Son bəyanat bu prosesə müsbət təsir göstərə bilər, çünki mətndə ən azı müsbət dil hakimdir. Bu da gələcək danışıqlar prosesinin daha rahat keçməsinə kömək edə bilər”, - deyə Xandanyan bildirib.

Jurnalistlər “mətndə əksini tapan etimadın möhkəmləndirilməsi ilə bağlı müddəadan başqa hansı konkret addımların müzakirə olunduğunu” soruşduqda erməni deputat belə cavab verib: “Danışıqlar konkret olaraq bu humanitar məsələ ilə bağlıdır və həmin çərçivədə baş verən digər proseslər barədə məlumat yoxdur”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR