İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatı öz partiyasına qarşı çıxdı

675 06.12.2023 14:52 Region A A

Xəbər verildiyi kimi, dünən Ermənistan parlamentində hakim “Vətəndaş sazişi” fraksiyası Qarabağın Azərbaycanın tərkibində tanınmasının qanunvericiliklə cinayət sayılmasını nəzərdə tutan “Ayakve” layihəsinin əleyhinə səs verib. Layihənin əleyhinə 56 nəfər, lehinə 24 nəfər səs verib, 1 nəfər bitərəf qalıb. Beləliklə, layihənin müzakirəsi baş tutmayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, hakim partiyanın deputatlarının heç də hamısı bu mövqe ilə razılaşmayıb.

Məsələn, hakim fraksiyanın deputatı Qaqik Melkonyan səsvermədə bitərəf qalıb. Ancaq günün yeganə sürprizi bu olmayıb.

Yerli “Joxovurd” qəzetinə məlum olub ki, “Vətəndaş sazişi” fraksiyasından bir nəfər müxalifətin layihəsinə səs verib. Söhbət Qurgen Arsenyandan gedir. Parlamentin digər üzvü Ripsime Unanyan maska taxaraq zalda otursa da, layihə üzrə səsvermədə iştirak etməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR