İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatı: "Dağlıq Qarabağ" məsələsi 2018-ci ilə qədər həll olunub

955 05.12.2023 17:48 Region A A

Bizim problemimiz var. Azərbaycan prezidenti danışıqlarda özü iştirak etsə, yaxşıdır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Vahan Aleksanyan tərəfindən səslənib.

Aleksanyana görə, Ermənistanın tərəfdaşı sayılan bəzi ölkələr Azərbaycana qarşı çıxış etsəydilər, pisləsəydilər, bəlkə də, hər şey başqa məcrada gedəcəkdi.

Ermənistan hakimiyyətinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə bağlı suallara cavab olaraq Aleksanyan bunları deyib: “Dağlıq Qarabağ”ın (qondarma qurum nəzərdə tutulur-red) ləğvi haqqında sənədi biz imzalamamışıq. Praqada Alma-Ata Bəyannaməsinə istinadən “Dağlıq Qarabağ” Azərbaycanın tərkib hissəsi kimi tanınıb. "Dağlıq Qarabağ" məsələsi hələ 2018-ci ilə qədər həll olunub”.

Jurnalistlərdən birinin “o zaman Paşinyan niyə “Qarabağ Ermənistandır, nöqtə” deyirdi” sualına Aleksanyanın cavabı bu cür olub:

“Ola bilsin ki, biz hansı prosesdə olduğumuzu dərk etməmişik. Bizim problemimiz bu reallıqla barışa bilməməyimiz və ya ətrafımızda baş verənlərdən tam xəbərdar olmamağımız idi. 30 il hamımız qışqırdıq: “Artsax Ermənistandır, vəssalam”, amma fikir vermədik ki, dünyada heç bir ölkə bizimlə razı deyil, üstəlik, ən yaxın müttəfiqimiz Azərbaycana 5 milyard dollarlıq silah satıb".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR