İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan Qarabağ ermənilərinə ÖLDÜRÜCÜ MESAJ - Qulaqlarını öyrəşdirir ki...

2733 10.01.2023 19:20 Siyasət A A

Politoloq Əziz Əlibəyli Ermənistan baş naziri Nikol Paşinyanın bügünkü çıxışına münasibət bildirib.

68414356_645616105947144_2115501096720924672_n.jpg (190 KB)

Politoloq Musavat.com-a qeyd edib ki, Nikol Paşinyanın açıqlamalarında dəyişiklik yoxdur, Azərbaycana qarşı ittihamlar var:

"İlk ittiham o oldu ki, 90-cı illərdə Azərbaycan Ermənistanı "işğal edib". Bu dərəcədə absurd iddialar irəli sürdü. Paşinyanın Qarabağ məsələsinə dair irəli sürdüyü iddia maraqlı idi. O, növbəti dəfə qeyd etdi ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayan ölkə yoxdur. Onun bu həqiqətləri sadalaması erməni cəmiyyəti üçün çox yaxşı haldır. Bir növ onların qulaqlarını öyrəşdirir və xüsusilə də indiki kontekstdə verdiyi mesajlar Qarabağ erməniləri üçün sözün əsl mənasında öldürücü mahiyyətə malikdir. Onları bir az daha artıq terrorçuların yanında olmağa, bəlkə də Rusiyadan asılı vəziyyətə salmağa itələyir. Müqəddəratlarını tam şəkildə öz üzərindən kənarlaşdırır.

Danışıqlarla bağlı məsələyə gəldikdə isə, burada təşəbbüskar tərəfin Ermənistan olduğunu, Azərbaycanın isə bu məsələlərdən qaçdığı arqumentini gücləndirməyə çalışır. Nikol Paşinyanın çıxışına bütövlükdə reallığı əks etdirən açıqlamalar kimi yanaşmaq olar. O baxımdan ki, reallığı qəbul edib və müsbət impulslar verir. Amma o, dövlətin üzərinə düşən addımları atmır".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR