İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan nəqliyyat kommunikasiyalarının açılmasından danışdı

1062 08.02.2023 21:24 Region A A

 

“Regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması Ermənistanda ticarətin həcmini xeyli artıracaq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 8-də parlamentin iclasında hökumət saatında deputatların suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu, xüsusilə Avrasiya İqtisadi Birliyinə (Aİİ) üzv olan ölkələrlə münasibətlərə aiddir.

Paşinyanın sözlərinə görə, Ermənistan Aİİ-nin digər üzv ölkələri ilə ancaq Gürcüstandan keçən bir quru yolla əlaqə saxlaya bilir.

“Aydındır ki, imkanlar məhduddur. Buradan belə nəticə çıxır ki, Azərbaycan ərazisindən avtomobil və dəmir yolu marşrutlarının açılması Ermənistanın Aİİ-yə üzv ölkələr arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasını təmin edə biləcək”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, bu Ermənistanın marşrutların açılmasında maraqlı olmasını izah edir. " Ermənistan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda yazılanları həyata keçirməyə hazırdır", - deyə Paşinyan söyləyib.

Erməni baş nazirin sözlərinə görə, blokun açılmasında ən çox Ermənistan tərəfi maraqlıdır, çünki 30 ildir blokadada şəraitindədir. Həm Azərbaycanın, həm də Türkiyənin alternativ yolları var. Ermənistanın kommunikasiyaya ehtiyacını nəzərə alaraq, bu dəhlizlərin açılmasının qiymətini qaldırmağa çalışırlar”, - deyə Nazirlər Kabinetinin rəhbəri qeyd edib.

Bununla bərabər o, üçtərəfli bəyanatda marşrutlarla bağlı “dəhliz” ifadəsinin olmadığını bir daha təkrarlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR