İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan hakimiyyəti cəmiyyətin diqqətini mühüm problemlərdən yayındırır - Erməni deputat

663 07.02.2023 15:45 Region A A

Bu gün Ermənistan parlamentində müdafiə nazirinin iştirakı ilə xüsusi iclas keçiriləcək.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, iclasda ordudakı real problemlərlə bağlı qapalı müzakirələr olacaq.

Bu barədə fevralın 7-də Ermənistan parlamentində jurnalistlərə müsahibəsində “Ermənistan” blokundan olan deputat Aqnes Xamoyan danışıb.

"Söhbət ictimaiyyətə məlum olan raketlərdən gedir", - Xamoyan bildirib.

Bundan başqa, parlamentdə hərbi hissələrin balansındakı torpaq sahələrinin Seyran Ohanyanın müdafiə naziri olduğu dövrdə satılması məsələsi gündəmə gətiriləcək.

“Ohanyanın Müdafiə Nazirliyinə rəhbərlik etdiyi dövrdə də çox şey satılıb, ondan əvvəl də bu olub, indi də həmin sahələr satılır. Əgər söhbət cinayətdən gedirsə, Seyran Ohanyan bu ittihamları qəbul etmir”,-deyə Xamoyan qeyd edib.

Erməni deputat hakimiyyətin tamaşa quraraq ölkənin diqqətini əsas problemlərdən yayındırdığını söyləyib. Onun fikrincə əsas məqsəd Vardenisdə həlak olan 15 hərbçi ilə bağlı hadisəni ört basdır etməkdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR