İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyan hakimiyyətə təsadüfən gətirilməyib, açıqlamaları da...” - Politoloqdan İLGİNC açıqlamalar 

647 23.02.2024 15:13 Siyasət A A

“Rusiya KİV-də hazırda Ermənistandakı hakimiyyət və Nikol Paşinyan tənqid edilir. Bunun da səbəbi var. Bu, Ermənistan rəhbərliyi üçün də gözlənilməz deyil. Çünki İrəvanın ciddi sayılan media qurumlarında Rusiya tənqid edilir. Heç kimə sirr deyil ki, iki hakimiyyət arasında münasibətlər yaxşı deyil”.

Bunu Musavat.com-a Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Ermənistanın baş naziri Nikol Paşinyanın “France 24”ə müsahibəsi ilə bağlı fikirlərini bildirərkən deyib.

zaur.jpg (49 KB)

Politoloqun sözlərinə görə, bunun əsl səbəbi onunla bağlıdır ki, Nikol Paşinyan Qərb tərəfindən hakimiyyətə gətirilib:

“Bunu Paşinyan özü də etiraf edir. Burada əsl məqam ondan ibarətdir ki, Qərb Rusiyanın qonşularında hakimiyyətləri bir-bir dəyişib, nəticəsini də biz görürük. Gürcüstana baxarkən, Ukraynaya, Moldovaya nəzər salarkən biz bunu açıq-aydın görürük. İlk mərhələdə hakimiyyətlər dəyişilir, demokratiya adı altında inqilablar baş verir. Sonrakı mərhələdə həmin hakimiyyətlər Rusiya ilə xarici siyasətdə ciddi dəyişikliklər edirlər. Ermənistan da xarici siyasətində ciddi dəyişiklik edir, bəhanə kimi Qarabağ məsələsini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanı qorumaması məsələsini qaldırır. Amma Qarabağ məsələsi olmasa, sərhədyanı toqquşmalar olmasa belə, Ermənistan Qərb yolunu tutacaqdı. Çünki Paşinyan hakimiyyətə təsadüfən gətirilməyib”.

Politoloq Ermənistan baş nazirinin “France 24”ə müsahibəsində digər diqqət çəkən məqama toxunub:

“Paşinyanın artıq Rusiyaya qarşı danışıq tonu da diqqət çəkir. Müxtəlif məsələlərdə Rusiyanı ittiham edirdi. Ən maraqlı məqamlardan biri onun KTMT və rus hərbi bazası ilə bağlı dedikləri idi. O etiraf etdi ki, rus hərbi bazasını Ermənistandan çıxarmaq istəyir. Amma Ermənistan və Rusiya arasında hüquqi sənədlər var. Ona görə də Paşinyan bunu edə bilmir, susmağa üstünlük verir. Amma KTMT ilə bağlı Ermənistan hakimiyyətinin yaxın gələcəkdə məqsədi bu təşkilatdan çıxmaq və Ermənistanı bloksuz bir xarici siyasətə aparmaqdır. Bu il elan ediləcək ki, Ermənistan bloksuz, heç bir hərbi-siyasi təşkilatda yer almayan bir dövlətdir. Əslində isə bilirik ki, bunun arxasında Qərb strukturlarına inteqrasiya dayanır. Digər ssenarini inqilab olan ölkələrdə də görmüşdük”.

FRANCE.jpg (78 KB)

Ermənistanın baş naziri Nikol Paşinyan “France 24”ə müsahibəsində deyib ki, Rusiya bir neçə ay öncə Ermənistan əhalisini açıq-aşkar hakimiyyəti devirməyə çağırıb. Baş nazirin sözlərinə görə, Moskvanın ona qarşı təbliğatı dayanmır. Nikol Paşinyan rusiyalı fərari Dmitri Setrakovun Ermənistanda Rusiya hərbçiləri tərəfindən oğurlanması ilə bağlı xüsusi narahatlığını da ifadə edib.

“Biz ərazimizdəki qanunsuz fəaliyyətlə barışmayacağıq”, - Paşinyan vurğulayıb və əlavə edib ki, İrəvanın tələbləri yerinə yetirilməsə, Ermənistan bunu cavabsız qoymayacaq. Paşinyan onu da bildirib ki, Ermənistanın Moskvanın dominant olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı dondurulur. O qeyd edib ki, Ermənistanda Rusiya hərbi bazasının saxlanması məsələsinin müzakirəsi gündəmdə deyil.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR