İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan AÇIQLADI: Qarabağın Rusiya tərkibinə daxil edilməsi...

3269 25.07.2023 17:00 Qarabağ xəbərləri A A

Ermənistan hakimiyyəti Qarabağ ermənilərinin Ermənistan ərazisinə köçürülməsi məsələsini nəzərdən keçirmir.

Musavat.com xarici erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ölkə hakimiyyətinin fəaliyyəti Qarabağın erməni əhalisinə öz evlərində yaşamaq imkanının təmin edilməsinə yönəlib.

Paşinyan “Qarabağın Rusiya tərkibinə daxil edilməsinin mümkünlüyü” barədə də suala isə belə verib:

“Sualınıza cavabım yoxdur, ona görə ki, bu məsələnin mənimlə heç bir əlaqəsi yoxdur”.

Paşinyan rusiyalı həmkarları ilə görüşlər zamanı heç vaxt belə bir ehtimalı müzakirə etmədiyini sözlərinə əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR