İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentin komitə sədrlərinə yeni avtomobillər verilib- FOTO

1721 30.11.2023 15:39 Son xəbər A A

Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər verilib.

Musavat.com-un “Report”a istinadən xəbərinə görə, artıq bir müddətdir ki, komitə sədrləri “Mercedes E 300” markalı avtomobillərdən istifadə edirlər.

Hazırda parlamentin 15 komitəsi var.

Qeyd edək ki, Milli Məclisin noyabrın 15-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsinin müzakirəsində parlamentin İşlər müdiri Firudin Hacıyev bildirib ki, qanunverici orqanın builki xərclər smetasında nəzərdə tutulan vəsaitlər hesabına avtoparkın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə avtomobillər alınıb və avtopark yenilənib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR