İnsanlara hürriyət, millətlərə istiqlal!

Papa: "Ukrayna uduzur və ağ bayraq qaldırmağa cəsarət etməlidir"

1178 10.03.2024 00:56 Dünya A A

Roma Papası Fransisk Ukrayna müharibəsi haqda sensasion fikir səsləndirib. O, Ukraynanı "münaqişədə uduzan tərəf" adlandırıb və bildirib ki, rəsmi Kiyev danışıqlara razılıq verməklə bu məğlubiyyəti etiraf etmək üçün cəsarət tapmalıdır. Musavat. com xəbər verir ki, bu barədə pontifik İsveçrənin "RSI" teleradio şirkətinə müsahibəsində bildirib.

Jurnalistin Ukraynanın mümkün kapitulyasiyasına ilə bağlı sualını cavablandıran Papa bildirib ki, o, "insanları düşünən, real vəziyyəti görən," ağ bayraq" qaldırıb danışıqlar aparmağa cəsarət edəni" daha güclü hesab edir.

Papanın sözlərinə görə, bu gün sülh danışıqları beynəlxalq güclərin köməyi ilə aparıla bilər.

Əsəb müharibəsi” – Ukrayna ətrafında yaranan gərginliyin əsas səbəbləri -  AZƏRTAC

Din xadimi əlavə edib ki, hazırda Ukraynadakı münaqişədə vasitəçi olmaq istəyənlər çoxdur, o, xüsusən də Türkiyənin rolunu vurğulayıb.

Roma Papası Kiyev hakimiyyətini vəziyyətin daha da pisləşməsindən əvvəl "danışıqlardan çıkinməməyə" çağırıb.

Son məlumatlara görə, Rusiya qoşunları Donets istiqamətində daha əlverişli mövqelər zəbt ediblər.

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR