İnsanlara hürriyət, millətlərə istiqlal!

Papa Fransiskə bu diaqnoz qoyuldu

710 26.11.2023 18:22 Dünya A A

Roma Papası Fransisk sətəlcəm olduğunu bildirib.

Musavat.com xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi məlumat yayıb.

Qeyd olunub ki, bununla bağlı müraciəti onun köməkçisi, Vatikan Dövlət Katibliyinin nümayəndəsi, monsenyor Paolo Luka Braida oxuyub.

Məlumata görə, Papanın bazar günü mesajı adətən olduğu kimi Apostol Sarayının pəncərəsindən deyil, Papanın iqamətgahından oxunub.

"Reuters" agentliyi katolik kilsəsi rəhbərinin əlinin sarğıda olduğunu və öskürdüyünü bildirib.

Noyabrın 25-də Müqəddəs Taxt-Tac elan edib ki, Papa qripə bənzər simptomlar hiss etdikdən sonra müayinədən keçib. Açıqlamada deyilir ki, müayinə Fransiskin ağciyərində heç bir ağırlaşmanın olmadığını göstərib.

Qeyd edək ki, dekabrın 1-də Papanın BMT-nin iqlim konfransı üçün Dubaya getməsi planlaşdırılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR