İnsanlara hürriyət, millətlərə istiqlal!

Özünün gətirdiyi qadağaya görə səs verə bilmədi

529 04.05.2024 12:40 Dünya A A

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson şəxsiyyətini təsdiq edən sənədlə fotoşəklini təqdim etmədiyi üçün yerli özünü idarə etmə orqanlarına keçirilən seçkilərə buraxılmayıb.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, B.Conson səsini ailəsi ilə birlikdə yaşadığı evinin qeydiyyatda olduğu Cənubi Oksfordşirdə yerləşən seçki məntəqəsində vermək istəyib.

Lakin komissiyanın rəhbəri seçki qanunvericiliyində olan tələbi əsas gətirərək Boris Consonu seçki məntəqəsinə buraxmayıb.

Nəticədə Boris Conson evə qayıtmaq məcburiyyətində qalıb və yalnız şəxsiyyətini təsdiq edən sənədlə fotoşəklini təqdim edəndən sonra məntəqəyə buraxılıb.

Maraqlı məqam isə ondan ibarətdir ki, seçkilərdə iştirak etmək üçün şəxsiyyət vəsiqəsindən əlavə fotoşəkilin də təqdim edilməsi məhz Boris Conson hökuməti tərəfindən 2022-ci ildə seçki tələblərinə salınıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR