İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan iqtisadiyyatına 3 milyard dollara yaxın sərmayə qoyulacaq

438 03.02.2022 14:28 Dünya A A

2022-2024-cü illərdə Asiya İnkişaf Bankı (AİB) Özbəkistanda 2,8 milyard dollarlıq 27 layihə həyata keçirəcək.

AZƏRTAC Özbəkistan İnvestisiya və Xarici Ticarət Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bununla bağlı razılıq Özbəkistan Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Sardor Umurzakov ilə AİB-nın prezidenti Masatsuqu Asakava arasında keçirilən onlayn görüşdə əldə olunub.

Görüşdə bildirilib ki, indiyədək AİB Özbəkistan iqtisadiyyatına 10 milyard dollardan artıq sərmayə qoyub.

Qeyd olunub ki, AİB ölkə iqtisadiyyatının təchizatının yaxşılaşdırılması, elektroenergetika sahəsinin modernləşdirilməsi, səhiyyə və nəqliyyat infrastrukturlarının inkişafına da sərmayə yatıra bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR