İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən ay 149 nəfər ZƏHƏRLƏNİB

667 03.10.2023 12:53 Səhiyyə A A

Sentyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 149 nəfər qəbul edilib.

Mərkəzin Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, onlardan 63-ü kişi, 63-ü qadın, 23-ü isə uşaq olub. Qəbul olunan xəstələrdən 68-i dərmandan, 36-sı sirkə turşusundan, 12-si göbələkdən, 7-si etanoldan zəhərlənib. Digərlərindən 3-ü allergik reaksiyadan, 6-ı isə botulizm, 3-ü anaflaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

Həmçinin onlardan 14 nəfəri ilan sancıb.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü dünyasını dəyişib. Onlardan 2-si kişi, 2-i qadın olub. Ölüm halları sirkə turşusundan zəhərlənmə səbəbilə baş verib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR