İnsanlara hürriyət, millətlərə istiqlal!

"Onu nəşriyyatın qarşısında "Prado"ya minib gedən görmüşəm”

1949 08.04.2024 18:52 Şou-biznes A A

"Yalandan ağlayanların əlindən bezdik. Nə qədər olar axı?"

Musavat.com bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri teleaparıcı Elgiz Əkbər deyib.

Elgiz özlərini ehtiyacı olan insan kimi göstərənlərin əlindən dad edib:

"Nəzərə alsaq ki, o ağlayanların çoxu yalandan ağlayır... Həqiqətən ehtiyacı olanlara canımız qurban. Onlara kömək etmək borcumuzdur. Ağlamaq var, ağlamaq var da. Biri var istifadəçi, biri də var ki, Allah haqqı ehtiyacı olur. Onu özümüz də hiss edirik. İndi olanlar da ağlayırlar. Pandemiya vaxtı ərzaq qutusunun üzərində qırğın edən qadını nəşriyyatın qarşısında "Prado"ya minib gedən görmüşəm. Ayıb olsun. Bir dənə "karobka" nədir axı? Utanmırsan "Prado" ilə gəlib, ehtiyacı olanların mallarına göz tikirsən?"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR