İnsanlara hürriyət, millətlərə istiqlal!

"Onu çox incitmişəm, əziyyət vermişəm, peşmanam"

10683 05.11.2023 13:13 Şou-biznes A A

"Anamın yasında elə adam var idi ki, ilk gələn oldu. Birinci sırada oturmuşdu. Amma bilirəm ki, məni sevmir".

Musavat.com axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elton Hüseynəliyev "Günaydın, Azərbaycan" proqramında deyib. Anasının vəfatından danışan müğənni kövrəlib.

Elton həyat yoldaşı, onun prodüseri kimi çalışan Tamilla Hüseynəliyevadan danışıb:

"Tomanı çox incitmişəm, əziyyət vermişəm. Peşmanam, amma bu fayda verməz. Allahdan arzum budur ki, sağ ikən onun halallığını qazanım. Nə etsəm də, onun razılığını qazana bilmərəm. O olmasaydı indi olmazdım. Səhvimdə də yanımda oldu. Mənə hörmət edir. Yaxşı ki, varsan. Tamilladan başqa mənə heç kim tab gətirə bilməzdi".

Qeyd edək ki, Elton və Tamilla cütlüyünün iki qız övladı var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR