İnsanlara hürriyət, millətlərə istiqlal!

Ömrünü xeyriyyəçiliyə həsr edən Elxan Süleymanova təbrik əvəzi - 80 yaş nədir hələ?!

1481 22.06.2020 21:20 Gündəm A A

 

Adamlar hamısı eyni cür doğulsalar da, eyni cür yaşamırlar. Bu şablondan çıxış edərək, söyləmək olar ki, insanlardan kimisi dünyaya fayda verir, kimisi də yük olur dünyaya. Bir qisim insanlar da var ki, onlar ümumiyyətlə, az-az gəlir cəmiyyətlərə. Yer üzünə ancaq yaxşılıq etmək, dəstək olmaq, kömək üçün təşrif buyururlar. Əlbəttə, belə insanlar dünya durduqca olacaq.


Bu cür insanlardan biri də Elxan Süleymanovdur. Mənim artıq 80 yaşına qədəm qoyan DOSTUM! Fəxr ediləcək, qürur duyulacaq ağsaqqal dostum!

20190524_144654.jpg (5.46 MB)
Onu 1992-ci ildən tanıyıram. Uşaqlığımdan. Necə tanış olduq, nə təhər dost olduq və bu dostluğun qayəsində nələr dayanır, bunu illər öncə yazmış olduğum bir yazı var, orada daha geniş əhatə etmişəm. “Elxan Süleymanovun babasının təqaüdü – tanınmış deputatın portretinə ştrix” səhlövhəli həmin yazı Elxan müəllimin necə bir dəyərli insan olmasınını anlada bilir, məncə. Həmin yazını bu linkdən oxuya bilərsiniz - https://musavat.com/news/elxan-suleymanovun-babasinin-teqaudu-taninmis-deputatin-portretine-strix_326063.html

Mən onu tanıdığım gündən xeyriyyəçiliklə məşğuldur. Elə ürəyimdə dərin iz buraxan dost olmasının səbəbi də məhz xeyriyyəçiliyi, xüsusi ilə təhsil sahəsinə göstərdiyi qayğılardır. Sadalamaqla bitməyən xeyriyyəçilik fəaliyyəti var. Onun bir qismini isə “Xeyriyyəçilik bu gün də var, sabah da... – Balıq bilməsə də, Xaliq bilir” sərlövhəli yazıda əks etdirmişəm, yenə də ötən illərdə. Burada onun təhsilə hansı dəstəyi verməsi, nə qədər şagirdə, tələbəyə təqaüd verdiyi, neçə məktəb tikdirdiyi, nə qədər xəstə insana yardımlar göstərməsi qismən əksini tapır. Çünki hamısını bilmirəm!
Həmin yazını bu linkdən oxuya bilərsiniz - https://musavat.com/news/xeyriyyecilik-bu-gun-de-var-sabah-da-baliq-bilmese-de-xaliq-bilir_576369.html

Bu iki yazı 80 yaşlı müdrik bir insan olmağın sirlərini açır, o üzdən təkrar bölüşdüm həmin yazıları. Yəni insanı ancaq yaxşı əməlləri sevdirir, gözəl işləri ilə yaddaşlarda, tarixdə qalır!

Allah bir 80 il də ömür versin Sizə, əziz Elxan müəllim!

Təəssüf, dünyanı bürüyən koronovirus mərəzi üzündən sizin doğum gününüzü hələlik qeyd edə bilmirik. İnşallah, qısa zamanda hər şey axarına düşəcək gözəl ölkəmizdə və sizin 80 illik yubileyinizi həyat yolunuza layiq olan şəkildə qeyd edəcəyik! O zaman daha geniş bir təbrik yazarıq, həm də sizin Avropa coğrafiyasında Azərbaycan naminə, Qarabağ məsələsi üçün hansı fədakarlıqları etdiyinizi də açıqlayarıq daha detallı şəkildə, indiyədək təvazökarlığınızdan sirr olaraq qalanları da...

Allah Sizə azı 100 il yaşamağı, sağlam ömür nəsib etsin, əziz Elxan müəllim. Doğum gününüz mübarək olsun!

Hörmətlə, sevənləriniz, dostlarınız adından Elşad MƏMMƏDLİ

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR