İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ölkəmizi istəməyən şər qüvvələr hərəkətə keçiblər və…” – Politoloq  

980 20.05.2024 12:36 Siyasət A A

“İran prezidentinin olduğu helikopterin qəzaya uğraması çox böyük bir faciədir. Eyni zamanda Azərbaycanla İran arasında münasibətlərin yaxınlaşması, bütün buzların əriməsi yönündə tarixi əhəmiyyət kəsb edən mesajları gördük. Xudafərin və “Qız qalası” hidroqovşaqlarının istifadəyə verilməsi iki dost dövlət üçün müstəsna əhəmiyyətə malikdir”.

Bu fikirləri Musavat.com-a politoloq İlyas Hüseynov bildirib:

“Təəssüflər olsun ki, belə bir hadisə baş verdi. İlk olaraq Azərbaycan Prezidenti İlham Əliyev öz sosial media hesabında təəssüf mesajını paylaşdı. Eyni zamanda Xarici İşlər Nazirliyi də bəyanat verdi. Xilasetmə-axtarış işləri barədə məlumat mövcud olandan sonra Azərbaycan Prezidenti başsağlığı məktubunu da göndərdi.

Biz onu da müşahidə edirik ki, anti-Azərbaycan qüvvələr hərəkətə keçiblər. Bunun qarşısını almaq lazımdır. Hadisənin Azərbaycanda baş verməsi ilə bağlı saxta məlumatlar paylaşılır. Məhz ölkəmizi istəməyən şər qüvvələr hərəkətə keçiblər. Bu, tamamilə qəbulolunmazdır. İran prezidenti Rəisinin səfərində hiss olunan müsbət mesajlar dövlətlərimizin birgəyaşayış və mehriban qonşuluq siyasəti çərçivəsində inkişafının mövcudluğunu və dayanıqlı olmasına dair çox mühüm elementləri özündə birləşdirirdi.

Ümid edək ki, İran dövlətinin daxilində, dövlət aparatının işində heç bir çətinliklər olmayacaq. Eyni zamanda İran-Azərbaycan münasibətləri daha da inkişaf edib, dərinləşəcək”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR