İnsanlara hürriyət, millətlərə istiqlal!

Nikolay Patruşevin gizli kimliyi tapıldı - SENSASİON MƏLUMATLAR

2459 02.11.2023 18:03 Dünya A A

Rusiyalı jurnalistlər Federal Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşevin Federal Vergi Xidmətinin məlumat bazasındakı gizli kimliyini ələ keçiriblər. Qeyd edək ki, Patruşevin adı vəzifəli şəxs kimi federal məlumat bazalarının demək olar ki hamısından silinib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Novaya qazeta” məlumat yayıb.

Xatırladaq ki, Təhlükəsizlik Şurasının rəhbəri, FSB-nin keçmiş direktoru Nikolay Patruşev 25 il ərzində Vladimir Putinin yaxın çevrəsində qala bilən tək-tük dövlət adamlarından sayılır.

Araşdırma zamanı Rusiya dövlətinin Patruşev və ailəsinə Qərb sanksiyalarından yayınmağa necə kömək etdiyi üzə çıxıb.

Federal Vergi Xidmətinin məlumat bazasında Nikolay Patruşev Yevgeniy Fyodoroviç Lukov adı altında gizlənir. Onun doğum tarixi, pasport nömrələri və VÖEN Rusiya Təhlükəsizlik Şurası katibinin məlumatları ilə tamamilə üst-üstə düşür.

Eyni zamanda, Federal Vergi Xidmətinin son məlumatlarında təkcə Nikolay Patruşevin deyil, onun oğlu, kənd təsərrüfatı naziri Dmitri Patruşevin də adına rast gəlinmir.

Rəsmi açıqlamalara görə, Dmitri Patruşev Rusiya hökumətinin ən zəngin üzvlərindən biridir. 2021-ci ildə onun gəliri 121 milyon rubl (1 milyon 296 min ABŞ dolları) təşkil edib.

2018-ci ildə onun gəliri 184 milyona (1 milyon 973 min dollar) çatıbmış. Dmitri Patruşev bu məbləğin üçdə birini, 41 milyon rublunu o vaxt idarə heyətinin sədri vəzifəsini tutduğu dövlətə məxsus “Rosselxozbank”da qazanıb.

Andrey Patruşev hələ 2006-cı ildə, yəni 24 yaşında olarkən “Rosneft” neft şirkətinin rəhbəri İqor Seçinin müşaviri təyin edilib. Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan sonra kiçik Patruşev də atası kimi ABŞ sanksiyalarına məruz qalıb.

Jurnalist Andrey Zaxarova iddia edir ki, Federal Vergi Xidmətinin məlumat bazasında Andrey Patruşev Aleksey Qolubev olaraq dəyişdirilib.

Rosreyestr (Federal Qeydiyyat agentliyi) Patruşevlər ailəsinin mənzilləri ilə bağlı məlumatları da silib. Onlardan biri, jurnalistlərin bildiyi kimi, Moskvanın Roçdelskaya küçəsindəki yerləşir. Nikolay Patruşev bu mənzili hələ 2004-cü ildə tamamilə pulsuz alıb. Bu evdə bir kvadrat metr orta hesabla 500 min rubl qiymətləndirilir ki, bu da Patruşevlərin mənzilinin 128 milyon rubldan çox (1 milyon 300 min ABŞ dolları) başa gələ biləcəyini göstərir. Hazırda Andrey Patruşev məhz həmin mənzildə yaşayır.

“Rosreyestr”in sızdırılmış məlumat bazaları göstərir ki, Patruşev həm də Moskvanın Mosfilmovskaya küçəsindəki 218 metrlik mənzilə sahibdir. Bu binadakı mənzillər Çeçenistan rəhbərinin həyat yoldaşı Mədinə Kadırova və müdafiə naziri Sergey Şoyqunun qızı Yuliyaya məxsus olub. Həm Şoyqunun mənzili, həm də Kadırovların mənzili Rosreyestr-in onlayn bazasında görünür. Lakin Patruşevin 49 nömrəli mənzilinin adı belə keçmir. Bu yaşayış kompleksində oxşar ölçülü mənzillər 145 milyon rubla (1 milyon 500 min ABŞ dolları) satılır.

Araşdırmada Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin Vladimir Patruşev adlı bir qardaşı oğlundan da bəhs edilir. O, əvvəllər jurnalistlərin işinə mane olmaqda təqsirli bilinib. Bu gün Vladimir Patruşev mina və torpedalar istehsal edən dövlət şirkətinə rəhbərlik edir. Lakin onun adı şirkətin saytından silinib və bu da ona sanksiyalardan yayınmağa imkan verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR