İnsanlara hürriyət, millətlərə istiqlal!

Nigerdə hərbçilər qazaxların pasportunu əllərindən alıblar

741 22.01.2024 12:45 Son xəbər A A

Qazaxıstanın Xarici İşlər Nazirliyi Nigerdə qazaxıstanlıların saxlanmasına dair açıqlama yayıb.

Musavat.com kazax24 saytına istinadla xəbər verir ki, Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Aibek Smadiyarov bildirib ki, Qazaxıstanın Misirdəki konsulu Nigerin paytaxtına səfər edib, bu ölkənin DİN və XİN-in rəhbərliyi ilə görüşlər keçirib.

“2023-cü ilin iyulunda Nigerdə baş vermiş hərbi çevrilişlə əlaqədar bu ölkənin dövlət qurumları ilə qarşılıqlı əlaqədə müəyyən problemlər var. Diplomatlarımız Nigerin müvafiq orqanlarına rəsmi sorğu göndəriblər və öz səlahiyyətləri daxilində həmvətənlərimizin Qazaxıstana qaytarılması üçün bütün mümkün tədbirləri görürlər. Vətəndaşlarımız həbs edilməyib və hərəkətləri məhdudlaşdırılmayıb. Onların hər ikisi oteldə yaşayır, sadəcə pasportları yerli hərbçilər tərəfindən götürülüb. Biz bu problemi həll etmək üçün əlimizdən gələni edirik”.

Qeyd edək ki, 2023-cü ilin iyulunda ölkə prezidenti Məhəmməd Bazum hakimiyyətdən uzaqlaşdırılıb və ev dustağı edilib. Prezident qvardiyasının komandiri general Abdurahman Çiani özünü keçid hökumətinin lideri elan etdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR