İnsanlara hürriyət, millətlərə istiqlal!

Niderland ilk 1/4 finalçı oldu - VİDEO

874 03.12.2022 21:49 İdman A A

Niderland millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

Musavat.com-un “Report”a istinadən məlumatına görə, 1/8 final mərhələsində ABŞ yığmasına 3:1 hesabı ilə qalib gələn kollektiv növbəti raunda yüksəlib.

İlk qolu 10-cu dəqiqədə Avropa təmsilçisinin heyətində Memfis Depay vurub. 45+1-ci dəqiqədə Deyli Blind fərqi iki topa çatdırıb. Amerikalılar 76-cı dəqiqədə Hadji Raytın qolu ilə ümidlənib. Lakin 81-ci dəqiqədə Denzel Dümfriz yenidən fərqi iki topa çatdırıb və görüşdə son nöqtəni qoyub.

Qələbə sayəsində 1/4 finala adlayan Niderlandın bu mərhələdəki rəqibi Argentina – Avstraliya cütünün qalibi olacaq. 1/4 final matçı dekabrın 9-da keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR