İnsanlara hürriyət, millətlərə istiqlal!

“Neftçi”nin Kürdəmirdə əməliyyat olunan qapıçısının durumuna aydınlıq gəlib

871 12.12.2023 15:08 İdman A A

“Neftçi”nin U-15 komandasının futbolçusu Nurəziz Əzizovun durumuna aydınlıq gəlib.

Paytaxt klubunun həkimi Şaiq Zöhrablının “Report”a verdiyi məlumata görə, AFFA U-15 Liqasının XV turunun “Ulduz Mingəçevir”ə qarşı oyununda zədələnən qapıçının Kürdəmir Mərkəzi Xəstəxanasında əməliyyatı uğurlu alınıb.

Həkimin sözlərinə görə, oyunçunun vəziyyəti hazırda stabil ortadır və o, özünü yaxşı hiss edir. N.Əzizov bir neçə gün Bakıda müalicə aldıqdan sonra evə buraxılacaq.

Qeyd edək ki, “Ulduz Mingəçevir” - “Neftçi” görüşünün 37-ci dəqiqəsində cərimə meydançası daxilində rəqibin hücumçusu ilə toqquşaraq qarın boşluğundan zərbə alan Nurəziz Əzizovun dalağı partlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR