İnsanlara hürriyət, millətlərə istiqlal!

NƏBİ MUXTAROVUN PUL ATDIĞI ŞƏXSLƏRİN YENİ SİYAHISI ƏLİMİZDƏ

9159 18.03.2011 04:47 Ölkə A A
Xəbərlərdə yeni şəxslərin adları var. Qaynağımız qeyd edir ki, Nəbi Muxtarov öz müavini Şakir Hacıyevlə yanaşı, rayon təhsil şöbəsinin müdiri, YAP Füzuli təşkilatının sədri Hafiz Tahirovdan, Füzulinin Böyük Bəhmənli kəndindən olan Süleyman adlı iş adamından da (axırıncının son illər icra başçısı olmaq istiqamətində cidd-cəhdlə iş apardığı deyilir - red.) külli miqdarda pul alaraq aradan çıxıb: “O, həmçinin hazırkı icra başçısı, su idarəsinin keçmiş müdiri Alı Alıyevdən də pul alıb. Daha sonra əlavə olaraq ona deyib ki, bu pulla məsələ həll olunmur. Buna görə də Alı Aliyev 1000 başdan artıq iri və xırda buynuzlu heyvanını sataraq pulunu Nəbi Muxtarova verib”.
Mənbəmiz qeyd etdi ki, əslində heç Alı Alıyevin icra hakimiyyəti başçısı təyin edilməsində Nəbi Muxtarovun və ya ona verdiyi pulların heç bir rolu yoxdur. Çünki A.Alıyev bu vəzifəyə “Meliorasiya və Su Təsərrüfatı” ASC nin sədri Əhməd Əhmədzadənin qohumu olması səbəbindən onun dəstəyi ilə gətirilib. Belə ki, məlumata görə, A.Alıyevin həyat yoldaşı Ə.Əhmədzadənin yaxın qohumudur.
Qaynağımızın deməsinə görə, indi N.Muxtarovun pul verdiyi adamlar keçmiş icra başçısını axtarır: “Muxtarov isə bir müddətdir müalicə adı ilə Almaniyadadır”.
Yeri gəlmişkən, ötən həftə N.Muxtarov saytlardan birinə telefon vasitəsilə müsahibə vermişdi. Sabiq başçı bildirmişdi ki, ölkədən heç yana getməyib. Lakin dəqiqləşdirmələrimiz zamanı bəlli olub ki, cənab Muxtarov doğrudan da Almaniyadadır. O, sadəcə telefonu rouminqdə olduğundan yerli mobil operatora aid telefona cavab verir və ölkədə olduğunu bildirir.
Bizi məlumatlandıran mənbə onu da qeyd etdi ki, Nəbi Muxtarovun Füzulinin icra başçısı olduğu dövrdəki fəaliyyəti yoxlanılsa, ona qarşı cinayət işi başlana bilər. Çünki xeyli maxinasiyalara yol verib: “Təkcə onun taxılçılıqla bağlı maxinasiyalarından milyonlar mənimsədiyi şübhəsizdir. Belə ki, yüz hektarlarla əkin sahəsi üçün kəndlilərə hər hektar üçün ayrılan 40 manatlıq subsidiya və kompensasiyanın 20 manatı icra başçısına çatıb. Bu da çox ciddi korrupsiya əməlidir”.
Füzulinin digər rəhbər şəxsləri barədə də redaksiyamıza məlumatlar daxil olub. Onlardan biri də Füzuli bankının müdiri Camal Ocaqverdiyevdir. Məlumatda bildirilir ki, Nəbi Muxtarov əsas yeyintini Camal Ocaqverdiyevin əli ilə edirmiş. Onların iş birliyinin hələ də davam etdirilməsi haqda da məlumatlar var. Bu istiqamətdə redaksiyaya daxil olan məlumatları dəqiqləşdiririk. Növbəti saylarımızda Camal Ocaqverdiyevin karyerası və əməlləri barədə serial yazılar dərc etməyi planlaşdırırıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR