İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir bu xanımı birinci müavin TƏYİN ETDİ - FOTO

2287 01.04.2024 14:25 Son xəbər A A

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində kadır dəyişikliyi olub.

Musavat.com Qaynarinfo-ya istinadən xəbər verir ki, Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Əsmər Ələsgər qızı Salamova Mərkəzin rəis müavini vəzifəsindən azad edilərək rəisin birinci müavini təyin edilib.

Nazirin digər əmri ilə polkovnik-leytenant Vüqar Nadirəli oğlu Əsgərov Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəis müavini təyin olunub.

Qeyd edək ki, bu ilin fevral ayında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri general-mayor Adil Ələsgər oğlu Abdullayev fövqəladə hallar nazirinin müavini vəzifəsinə təyin olunub. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi vəzifəsinə isə Adil Abdullayevin birinci müavini polkovnik Zaur Kərimov gətirilib.(Qaynarinfo)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR