İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir açıqladı - Xərçəng əleyhinə yeni dərman... FOTO

1961 23.01.2024 20:00 Yaşam A A

Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek ölkədə ilk xərçəng əleyhinə dərmanın yaradılmasından danışıb.

Musavat.com Tengrinews.kz-a istinadən xəbər verir ki, nazir brifinqində dərmanı jurnalistlərə nümayiş etdirib.

"Texas Universitetinin Anderson laboratoriyasında işləyən məşhur biotexnoloqumuz Dos Sarbasov Qazaxıstana qayıdıb. Artıq bir neçə ildir ki, o, Nazarbayev Universitetinin milli laboratoriyasına rəhbərlik edir. Biotexnoloq hazırda onkologiyaya qarşı yeni dərmanlar hazırlayır", - deyə Nurbek bildirib.

Onun sözlərinə görə, bu gün Qazaxıstan Onkologiya və Radiologiya Elmi-Tədqiqat İnstitutunda 15 nəfər qazax preparatı ilə müalicə olunur:

"Üçüncü mərhələyə keçdik, xərçəng əleyhinə dərmanımız tezliklə buraxılacaq".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR