İnsanlara hürriyət, millətlərə istiqlal!

“Naxox” təqdim olundu, aktrisa küsüb getdi - Fotolar

3892 29.12.2016 16:01 Son xəbər A A
Ötən gün “Nizami” kino mərkəzində "Naxox" yerli komediyasının qala gecəsi keçirilib.  

Musavat.com xəbər verir ki, baş rollarını Fidan Axundova, Ağaxan Salmanlı,  Fatma Mahmudova, Elməddin Cəfərov, Abbas Qəhrəmanov, Fərda Amin, Rüfət Nəzərli, Nigar İbrahimovanın canlandırdığı filmin yaradıcı heyəti qırmızı xalça üzərindən keçərək media nümayəndələri ilə təəssüratlarını bölüşüblər. Fərda Amin bildirib ki, film üzərində ciddi iş gedib: “Çalışmışıq ki, “Naxox” “Xoxan”-dan gülməli olsun. İstəyirik ki, tamaşaçılara zövqlü və gülüş dolu anlar yaşadaq”. 

Elməddin Cəfərov isə “Naxox”un fərqli iş olduğunu deyib: “ “Xoxan”dan fərqlidir. Hadisələr daha qorxuludur. Həm də komediya var. İnşallah, tamaşaçılar bəyənər”. 

Daha sonra filmin kollektivi qonaqlarla birgə ekran işini izləyib. Nümayişdən sonra alqışların sədası altında səhnəyə çıxan səbəbkarlar çəkilişdə əziyyəti keçən hər kəsə minnətdarlıq bildiriblər.
 
Qala gecəsi qalmaqalsız da ötüşməyib. Filmin titrlərində adı keçməyən aktrisa Fidan Axundova zalı tərk edib. O bildirib ki, adının yazılmamağını hörmətsizlik kimi qəbul edib. 

Qeyd edək ki, "Naxox"un ssenari müəllifləri Ənvər Abbasov, Samid Ağayev, Elnur Hüseynov, Fərda Amin, Zaur Mirzəzadə, quruluşçu rejissoru Zaur Mirzəzadə, quruluşçu rəssamları Anar Hüseyn, Ceyhun Cəfərquliyev, bəstəkarı Səbuhi Atababayev, quruluşçu operatorları İslam Şirvani, Rafiq Hacıyev, prodüserlər Zaur Mirzəzadə, Orxan Mərdandır.  

Könül İbrahim,
Musavat.com
Fotolar Məhəmməd Türkmənindir 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR