İnsanlara hürriyət, millətlərə istiqlal!

Navalnıya qarşı yeni cinayət işi AÇILDI

618 02.12.2023 17:05 Region A A

Rusiya prokurorluğu həbsdə olan müxalifət lideri Aleksey Navalnıya qarşı yeni ittihamlar irəli sürüb.

Musavat.com "Zakon.kz"ə istinadən xəbər verir ki, bu barədə siyasətçinin teleqram kanalında bildirilib.

Navalnının sözlərinə görə, o, yeni iş barədə Rusiya Federasiyası İstintaq Komitəsinin ona göndərdiyi məktubdan öyrənib.

"Nəzərinizə çatdırıram ki, nəzərdə tutulmuş cinayət faktı əsasında sizə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 214-cü maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlanıb", - məktubda deyilir.

Qeyd olunub ki, iş nifrət və ya düşmənçilik zəminində bir qrup şəxs tərəfindən vandalizm maddəsi ilə açılıb.

Xatırladaq ki, Moskva Şəhər Məhkəməsi Aleksey Navalnıya 19 il müddətinə azadlıqdan məhrum edilmə cəzası verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR