İnsanlara hürriyət, millətlərə istiqlal!

Navalnıya görə Rusiyaya YENİ SANKSİYALAR - yüksək vəzifəli məmurlar...

616 03.03.2024 19:27 Dünya A A

Kanada Rusiyan müxalifəçtisi Aleksey Navalnının ölümünə görə Rusiyaya qarşı yeni sanksiyalar elan edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Joli məlumat yayıb.

Onun sözlərinə görə, məhdudiyyətlər Rusiyadan olan məhkəmə və istintaq orqanlarında, həmçinin Federal Penitensiar Xidmət sistemində çalışan altı yüksək vəzifəli məmura şamil ediləcək.

Rəsmi Ottava sanksiyaların konkret olaraq kimə qarşı yönəldiyini açıqlamır.

Xatırladaq ki, Ukraynanın işğalının ildönümü olan fevralın 23-də Kanada 153 müəssisə və on Rusiya vətəndaşına məhdudiyyətlər tətbiq edib. Onların arasında Putinin köməkçisi İqor Levitin və keçmiş senator Andrey Molçanov da var. Fevralın 29-da isə ölkə Rusiya almazlarının idxalına qarşı sanksiyalara qoşulub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR