İnsanlara hürriyət, millətlərə istiqlal!

Natiq Dağlaroğlunu bıçaqlayan şəxsin cəzası ağırlaşdırıldı

1255 25.04.2023 20:37 Kriminal A A

Ötən ilin iyulunda Bakıda yerləşən şadlıq evlərindən birində məşhur tamada, “Laçın” musiqi ansamblının rəhbəri Natiq Dağlaroğlunu bıçaqlayan Məmməd Hüseynovun cəzası ağırlaşdırılıb.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində M.Hüseynovun hökmdən verdiyi şikayətə, həmçinin prokurorluğun protestinə baxılıb. Hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun şikayəti təmin edilməyib.

Məhkəmə prokurorluğun protestini təmin edərək onun cəzasını 1 il artıraraq 4 il müddətinə həbs cəzasına məhkum edib.

Birinci instansiya məhkəməsində M.Hüseynovdan şikayətçi olmadığını və qarşı tərəflə barışdığını bildirən Natiq Dağlaroğlu apellyasiya məhkəməsindəki prosesdə iştirak etməyib.

Qeyd edək ki, toydan sonra oğlunu şadlıq evindən götürməyə gedən Natiq Dağlaroğlu orada 1987-ci il təvəllüdlü Məmməd Hüseynov ilə mübahisə yaşayıb və münaqişə zəminində musiqiçi bıçaqlanıb. M.Hüseynov Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR