İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkokuryerin kuryoz olayı - polisi evinə özü çağırıb

572 27.05.2024 14:03 Dünya A A

Qazaxıstanın Aktobe vilayətində psixotrop dərmanın təsiri altında olan gənc evinə polis çağırıb.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, oğlan kiminsə mənzilə girdiyini düşünüb və hüquq-mühafizə orqanlarından kömək istəmək qərarına gəlib.

“Diapazon” saytı yazır ki, 24 yaşlı Badamşı kənd sakini Telegram-da narkotik maddələrin satışı ilə bağlı iş tapıb və bir müddət sonra özü də satdığı məhsulun istifadəçisi və aludəsi olub.

Narkotikin təsiri altında olanda ona elə gəlib ki, qapısını kimsə sındırır, gənc narkoman “102”-yə zəng vurub, polis gəlib, mənzilə baxış keçirib, şübhəli heç nə görməyib və çıxıb gedib.

Bir müddət sonra o, yenə kiminsə qapını açmağa çalışdığını duyub, yenə də “102” nömrəsinə zəng etdi. Polisin mənzilə ikinci gəlişindən sonra o, cinayət törətməkdə təqsirli bilinib. O, içində narkotik maddələr olan bel çantasını pəncərədən atıb.

Şübhəli şəxs kimi saxlanılarkən o, günahını etiraf edib, evdə narkotik qablaşdırdığını, gündə 5 min rus rublu aldığını bildirib. Məhkəmədə o, narkotik vasitələrin paylanmasında iştirak etmədiyini, onları sırf özü üçün aldığını, həbs olunduğu günü qeyri-müəyyən xatırladığını, ancaq hədə-qorxu ilə günahı öz üzərinə götürməyə məcbur edildiyini deyib. Gənc məhkəməni inandırmağa çalışıb ki, o, qız dostunun məsuliyyətə cəlb edilməməsi üçün bu addımə atıb.

Təqsirləndirilən şəxsin münasibətdə olduğu qız isə polisə bildirib ki, bu gənc aşpaz işini itirəndən sonra Telegram vasitəsilə narkotik sataraq dolanmaq qərarına gəlib. Qız məhkəmədə oğlanın onu tərk etdiyini, paranoyyadan əziyyət çəkdiyini, qəribə davrandığını, həmişə bel çantası ilə gəzdiyini əlavə edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR