İnsanlara hürriyət, millətlərə istiqlal!

Narahatedici vəziyyət: Bu virus ilk dəfə bir insanda tapıldı

821 28.11.2023 22:25 Dünya A A

Böyük Britaniyada donuzlarda rast gəlinən "A(H1N2)v" növlü influenza virusu ilk dəfə bir insanda aşkarlanıb.

Bu barədə Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, virus aşkarlanan xəstəyə daha sonra PCR testi edilib bir müddətədn sonra xəstə sağalıb.

Həkimlər virusun mənbəyini müəyyənləşdirmək üçün təcrübələri davam etdirirlər. Onlar xəstə ilə təmasda olan digər insanların da nəzarətə götürülərək test edildiyini deyiblər.

Əldə edilən ilkin məlumata görə, Böyük Britaniyada rast gəlinən "A(H1N2)v", digər ölkələrdə olan "A(H1N2)v"dən fərqlidir.
Açıqlama zamanı bunun donuzlarda müəyyən edilən qriplə eyni olduğu bildirilib. O da qeyd edilib ki, 2005-ci ildən bu günə qədər dünyada sadəcə 50 adamda "A(H1N2)v" tapılıb. B

öyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin üzvü Meera Chand, bu virusun yayılmaması üçün əllərindən gələni etdiklərini qeyd edib.

Bəzi tibb mütəxəssiləri isə heyvanlardan insanlara keçən viruslara görə əhaliyə xəbərdarlıq edib. Onar təhlükəsizliyi təmin etmək üçün heyvanların gigiyeasına xüsusi diqqət yetirilməli olduğunu vurğulayıblar./BAKU.WS

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR